06 May 2024
Azərbaycanda ən az maaş verilən RAYON VƏ ŞƏHƏRLƏR – SİYAHI

Azərbaycanda ən az maaş verilən RAYON VƏ ŞƏHƏRLƏR – SİYAHI

19 May 2023
Baxış: 368

Azərbaycanda bu ilin aprelin 1-nə olan məlumata əsasən, 1 milyon 736 min 300 nəfər maaşla (muzdla) işləyir. Onlar hər ay orta hesabla 901,3 manat (vergi və digər icbari ödənişlər tutulmadan – red.) əməkhaqqı alır.


AJMEDİA.İNFO rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə orta maaş 900 manatı keçsə də bəzi rayon və şəhərlərdə əməkhaqqı səviyyəsi olduqca aşağıdır.


Açıqlanan məlumatların qısa təhlili göstərir ki, ən az əməkhaqqı əsasən Bakıdan uzaqda yerləşən şəhər və rayonlarda verilir.


Ən aşağı maaş səviyyəsi Qax rayonundadır. Burada 9,2 min muzdlu işçi var və onların orta maaşı 494,5 manatdır. Digər aşağı maaş səviyyəsi olan rayonlar arasında Balakən 510,3 manat (9 100 işçi), Zaqatala 523,3 manat (15 300 içşi), Ağdaş 535,2 manat (10 800 işçi), Ağcəbədi 540 manat (13 400 işçi) var.


Ümumilikdə, Şəki-Zaqatala (orta əməkhaqqı 559 manat), Mil-Muğan (570 manat), Mərkəzi Aran (573 manat) əməkhaqqı səviyyəsinin ən aşağı olduğu regionlardır.
Azərbaycanda orta əməkhaqqının 900 manatı keçməsinin səbəbi isə Bakı şəhərində maaş səviyyəsinin yüksək olması ilə bağlıdır. Paytaxtda orta əməkhaqqı 1 152 manat olduğundan və muzdlu iş yerlərinin yarıdan çoxu (905 min) Bakıda yerləşdiyindən ölkə üzrə ümumi orta əməkhaqqı yüksək alınır.


Bakıdan kənarda olan yaşayış məntəqələri üzrə orta əməkhaqqı 630 manat təşkil edir. Paytaxtdakı maaş əyalətlərdən 522 manat yüksəkdir. (sfera.az)