17 May 2024
Azərbaycanda dörd aylıq uşaq yoluxdu– VİDEO

Azərbaycanda dörd aylıq uşaq yoluxdu– VİDEO

07 Sentyabr 2021
Baxış: 982

Son günlər uşaqlar arasında koronavirusa yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi dörd aylıqdır, ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.

AJMEDİA.İNFO xəbər verir ki,pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda koronavirusun mənfi təsirləndikləri müşahidə olunur. Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.

Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.

Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.