18 May 2024
Azərbaycanda dollara tələb artıb

Azərbaycanda dollara tələb artıb

02 Fevral 2022
Baxış: 472

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu ilin yanvar ayında dollara tələb 2021-ci ilin müvafiq ayı və 2021-ci ilin dekabr ayı ilə müqayisədə artıb.

Belə ki, 2021-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu vəsait 2020-ci ilin eyni dövrü ilə müqayisədə 82 milyon ABŞ dolları qədər və ya 12,7 faiz çoxdur.

Yanvar ayında satılan valyutanın həcmi 2021-ci ilin dekabr ayı müqayisədə isə 89,26 milyon ABŞ dolları və ya 14 faiz artıb.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, 2020-ci ilin dekabr ayı ərzində isə 637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb.