18 May 2024
Azərbaycanda "Diska" ləqəbli kriminal avtoritet həbs olundu - FOTO

Azərbaycanda "Diska" ləqəbli kriminal avtoritet həbs olundu - FOTO

25 Avqust 2021
Baxış: 859

Azərbaycanda kriminal avtoritet həbs edilib.

Qax rayon Polis Şöbəsindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin ("patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

N.Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi. Sonradan N.Qurbanəliyevin qardaşı cinayəti öz üzərinə götürmüş və "Diska Nəriman" həbsdən azad edilmişdi.

"Diska Nəriman" ləqəbli avtoritet N.Qurbanəliyev əvvəllər Zaqatalada "obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.

Onu da əlavə edək ki, "obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.

Həbs olunan avtoritet