17 May 2024
Azərbaycanda DƏHŞƏT: Yenidoğulmuş qız uşağını KÜÇƏYƏ ATDILAR

Azərbaycanda DƏHŞƏT: Yenidoğulmuş qız uşağını KÜÇƏYƏ ATDILAR

12 Sentyabr 2023
Baxış: 510

Bu gün saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yenidoğulmuş (bir neçə günlük) qız uşağı tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, körpə xəstəxanaya təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov “Report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. N.Həmidov bildirib ki, məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan Rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.