17 May 2024
Azərbaycanda DƏHŞƏT: Maşını arxaya verərkən azyaşlının başını əzib öldürdü - ANBAAN VİDEO

Azərbaycanda DƏHŞƏT: Maşını arxaya verərkən azyaşlının başını əzib öldürdü - ANBAAN VİDEO

09 İyun 2023
Baxış: 486

Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib.

Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.

Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.

Qəzanın baş vermə anını əks etdirən görüntüləri təqdim edirik: