17 May 2024
Azərbaycanda DƏHŞƏT: Ata 11 aylıq körpəsini qəsdən yerə çırpdı

Azərbaycanda DƏHŞƏT: Ata 11 aylıq körpəsini qəsdən yerə çırpdı

27 Aprel 2022
Baxış: 400

Bakıda ata 11 aylıq övladını yerə çırpıb.
Qafqazinfo xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində baş verib.

Bildirilib ki, ata E.A. 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Uşaq Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən E.A. tutularaq istintaqa təhvil verilib.

Uşağın vəziyyətinin çox ağır olduğu bildirilir. AMİA.az