19 May 2024
Azərbaycanda DƏHŞƏT: 16 yaşlı oğlan anasını qətlə yetirdi, 11 yaşlı qardaşını isə...

Azərbaycanda DƏHŞƏT: 16 yaşlı oğlan anasını qətlə yetirdi, 11 yaşlı qardaşını isə...

21 Avqust 2023
Baxış: 410

Sumqayıt şəhəri Corat qəsəbəsində yeniyetmə anasını öldürüb qardaşına xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, 37 yaşlı yaşlı Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 11 yaşlı oğlunun xasarət alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı Ə.Z saxlanılaraq istintaqa təhvil verilib.