19 May 2024
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

21 Noyabr 2023
Baxış: 367

Babək Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən, Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin edilib.

Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb.

Xatırladaq ki, bundan əvvəl Əsgərova Ayşən Hüseyn qızı isə Şahbuz Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunub.