21 May 2024
Azərbaycanda DAHA BİR QADAĞA LƏĞV EDİLDİ - Dövlət qurumu AÇIQLADI

Azərbaycanda DAHA BİR QADAĞA LƏĞV EDİLDİ - Dövlət qurumu AÇIQLADI

25 İyun 2021
Baxış: 629

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Ukraynanın Vinnitsa vilayətində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.


Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AJMEDİA.İNFO-ya verilən məlumata görə, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələbləri nəzərə alınmaqla, agentlik Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana idxal olunan bütün növ diri quş və quşçuluq məhsullarının idxalına 2020-ci il aprelin 16-dan tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.