18 May 2024
Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir

Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir

17 İyul 2023
Baxış: 523

Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir.
Bu barədə hərbçinin yaxınları “Gündəlik Naxçıvan”a məlumat veriblər.
Məlumata əsasən, Kəngərli rayonundakı N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Əli Nəcəfov intihar edib.
Onun iyulun 16-da hərbi hissənin ərazisində asılmış vəziyyətdə tapıldığı bildirilir.
“Bizim üçün gözlənilməz xəbər oldu. İntiharının səbəbini bilmirik. Yetimçiliklə böyümüşdü, 28 yaşında subay oğlan idi. Yəqin ki, araşdırıb, səbəbini taparlar”, - yaxınları deyib.
Məlumata görə, Əli Nəcəfov Kəngərli rayonunun Qıvraq qəsəbəsindəndir.
Qeyd edək ki, təkcə ötən həftə ərzində 3 hərbçimiz intihar edib. yeniavaz.com