17 May 2024
Azərbaycanda daha 1 904 nəfər koronavirusa yoluxub, 29 nəfər öldü

Azərbaycanda daha 1 904 nəfər koronavirusa yoluxub, 29 nəfər öldü

23 Noyabr 2021
Baxış: 445

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1904 yeni yoluxma faktı qeydə alınıb, 1833 nəfər müalicə olunaraq sağalıb.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 576 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 327 nəfər müalicə olunaraq sağalıb, 7 686 nəfər vəfat edib, aktiv xəstə sayı 27 690 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 194, ötən müddət ərzində isə ümumilikdə 5 461 573 test aparılıb.