20 May 2024
Azərbaycanda bu xəstəxana BAĞLANIB? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu xəstəxana BAĞLANIB? - RƏSMİ AÇIQLAMA

16 Yanvar 2024
Baxış: 427

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova Oxu.Az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

“Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir”.