20 May 2024
Azərbaycanda bu universitet BAĞLANIR - RƏSMİ

Azərbaycanda bu universitet BAĞLANIR - RƏSMİ

29 Fevral 2024
Baxış: 362

“Naxçıvan Universitetinin bağlanması ilə bağlı təsisçidən müraciət daxil olub".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin 29 fevral 2024-cü il tarixli brifinqində nazir Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Təbii ki, özəl universitetdir, öz qərarlarıdır. Hazırda sonuncu kursda təhsil alan tələbələr təhsillərini bitirəcəklər, aşağı kurslar isə digər universitetlərə köçürüləcəklər. Bu proses iki cür aparıla bilər. Ya tələbənin ali təhsil müəssisəsinə daxil olduğu balına uyğun, ya da yaşayış yerinə yaxın universitetə köçürülməsi təmin ediləcək".(Sfera.az)