18 May 2024
Azərbaycanda bu şəxslərin təqaüdü ARTIRILACAQ

Azərbaycanda bu şəxslərin təqaüdü ARTIRILACAQ

29 Fevral 2024
Baxış: 304

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir.

Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.