21 May 2024
Azərbaycanda BU ŞƏXSLƏRƏ ödənişlər ediləcək - Millət vəkili AÇIQLADI

Azərbaycanda BU ŞƏXSLƏRƏ ödənişlər ediləcək - Millət vəkili AÇIQLADI

09 Dekabr 2023
Baxış: 292

““İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərlə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək”.

AJMEDİA.İNFO bildirir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, müəssisəinin mülkiyyətçisi dəyişəndə, əvvəlllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz işinə qayıdan zaman ödənişlər ediləcək:

“Sığorta ödənişinə görə əlavə, ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faizlə məhdudlaşır. Yeni dəyişliklərlə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək. İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb oluna sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq”.

Millət vəkili bildirib ki, digər dəyişiklik fərdi məşğulluq proqramının üzürlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir:

“Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib. Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq”.