18 May 2024
Azərbaycanda bu şəxslər YÜKSƏK MAAŞ ALACAQLAR

Azərbaycanda bu şəxslər YÜKSƏK MAAŞ ALACAQLAR

03 Noyabr 2022
Baxış: 383

Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.