16 May 2024
Azərbaycanda bu gün yoluxma sayı artdı - SON STATİSTİKA

Azərbaycanda bu gün yoluxma sayı artdı - SON STATİSTİKA

17 İyun 2022
Baxış: 359

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayını 99 nəfərdir.

Ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 899, bu günə qədər isə ümumilikdə 6 934 154 test icra olunub.

Teqlər: koronavirus