17 May 2024
Azərbaycanda bu gün də minlərlə yoluxma qeydə alındı - SON RƏQƏMLƏR

Azərbaycanda bu gün də minlərlə yoluxma qeydə alındı - SON RƏQƏMLƏR

10 Fevral 2022
Baxış: 376

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 725 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 909 nəfər müalicə olunaraq sağalıb, 8 972 nəfər vəfat edib. 50 896 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 491, bu günə qədər isə ümumilikdə 6 335 593 test icra olunub.

Teqlər: koronavirus