19 May 2024
Azərbaycanda bu generalın rütbəsi ƏLİNDƏN ALINA BİLƏR

Azərbaycanda bu generalın rütbəsi ƏLİNDƏN ALINA BİLƏR

28 Sentyabr 2022
Baxış: 395

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinovun general rütbəsinin alınması tələb olunur.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxışında Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilməsini istəyib.

Qeyd edək ki, dövlət ittihamçısı Nizami Şirinova 12 il həbs cəzası istəyib.