18 May 2024
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ

Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ

06 Mart 2024
Baxış: 282

Bakı şəhərində taksi fəaliyyəti göstərən avtomobillərin rəngləri əsasən ağ və qırmızıdan ibarət olacaq.

AJMEDİA.İNFO Pravda.az-a istinadən xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlandığı bildirilir.

Qeyd olunub ki, taksi parkları mərhələli şəkildə yenilənəcək, ili köhnə, istismara yararsız avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcək.

Vurğulanıb ki, hazırda istifadədə olan istismara yararlı digər rəngli avtomobillərin fəaliyyətinə də məhdudiyyət qoyulmayacaq.