19 May 2024
Azərbaycanda boşanmaların sayı açıqlandı

Azərbaycanda boşanmaların sayı açıqlandı

14 Avqust 2023
Baxış: 565

2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.