19 May 2024
Azərbaycanda avtomobil satıcısından KREATİV ELAN – “Qayınanan maşınına minmir?” + FOTO

Azərbaycanda avtomobil satıcısından KREATİV ELAN – “Qayınanan maşınına minmir?” + FOTO

06 Sentyabr 2022
Baxış: 357

Son illərdə müxtəlif məhsullarda olduğu kimi, avtomobil satışında da onlayn elanların rolu artmaqdadır.

AJMEDİA.İNFO xəbər verir ki, maşın satanların üz tutduğu əsas saytlardan biri olan “turbo.az”da adətən avtomobilini tərifləyən, hətta bəzi detallarla bağlı göz görə-görə yalan danışan satıcılara, fırıldaqçılara şahid olmaq da adi hal alıb.

Lakin bəzən üzümüzü güldürən, yanaşması və kreativliyilə həsəd doğuran elanlara da rast gəlmək mümkündür.

Saytda gəzinərkən yenə də belə bir elan rastımıza çıxdı. Allahyar adlı satıcı “Nissan Pathfinder” avtomobilini olduqca maraqlı formada təqdim edib.

Satıcının avtomobilini təqdimetmə forması istər-istəməz üzümüzü güldürdü, eyni zamanda diqqətimizi də çəkdi. Çünki məhsul satışında kreativliyin önəmi hər kəsə bəllidir. Allahyar bəyin bu elanını görənlər qeyd-şərtsiz baxıb keçəcəyi də inandırıcı görünmür

Ən azından elana rast gələn şəxs avtomobili almasa belə elanı yaxınlarına, onlar da öz tanışlarına göndərəcəklər.

Bununla da elan daha çox insana çatacaq və avtomatik olaraq maşını daha qısa müddətdə satmaq mümkün olacaq. Ən azı bu səbəbə görə Allahyar bəyin addımı yüksək qiymətləndirilməlidir.

Biz də, satıcının “bəyən, paylaş” sözlərinə diqqət ayırıb, elanı portalımızda dərc edərək dəstəyimizi ifadə edirik.

Bu qədər marağımıza səbəb olan elanı sizlərlə də bölüşürük:


(bizim.media)

Teqlər: turbo.az