20 May 2024
Azərbaycanda 7 futbolçunun DTX-də dindirildiyi bildirilir

Azərbaycanda 7 futbolçunun DTX-də dindirildiyi bildirilir

17 Fevral 2024
Baxış: 523

Hazırda Birinci divizionda çıxış edən “İrəvan”ın futbolçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilir.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə Offsideplus.az məlumat yayıb.
Bildirilir ki, dindirilmə futbolda oyun alğı-satqı məsələsi ilə bağlı olub.
“Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında “Araz-Naxçıvan”la (2:8) oyunun nəticəsinə görə dindiriliblər”, - xəbər portalı yazır.
Qeyd olunub ki, məlumatı “İrəvan” futbol klubunun prezidenti Zahid Niyazəliyev də təsdiqləyib:
“Dünən futbolçular bu məsələ ilə bağlı dindirilib. Oyunçular “Araz-Naxçıvan”la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir”.