17 May 2024
Azərbaycanda 5 bal gücündə zəlzələ oldu

Azərbaycanda 5 bal gücündə zəlzələ oldu

20 Noyabr 2021
Baxış: 802

Azərbaycanda hiss olunan yeraltı təkanlarla bağlı rəsmi açıqlama verilib.

AJMEDİA.İNFO xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Oxu.Az-a açıqlamasında bildirib ki, respublika ərazisində 5,1 bal gücündə zəlzələ olub:

“Şamaxı ərazisində yerli vaxtla 16:46-da maqnitudası 5,1 bal gücündə zəlzələ olub. Dərinliyi müxtəlif dərəcələrdə olduğuna görə bir çox rayonlarda hiss olunub. Bəzilərində 3, bəzilərində 4 bal gücündə hiss edilib. Ehtimal edilir ki, episentrə yaxın köhnə tikililərdə çatlar əmələ gəlsin. Amma normal tikililərdə çat və ya başqa problemin yaşanması gözlənilmir”.