17 May 2024
Azərbaycanda 12 yaşlı qız faciəvi şəkildə ÖLDÜ

Azərbaycanda 12 yaşlı qız faciəvi şəkildə ÖLDÜ

11 Avqust 2023
Baxış: 473

Lənkəranda bədbəxt hadisə baş verib.

AJMEDİA.İNFO APA-ya istinadən bildirir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu qırılıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.