19 May 2024
Azərbaycan Yəhudi Media Mərkəzi Yenigundem.az saytının 6 illik fəaliyyəti münasibəti ilə təbrik edib

Azərbaycan Yəhudi Media Mərkəzi Yenigundem.az saytının 6 illik fəaliyyəti münasibəti ilə təbrik edib

10 Avqust 2023
Baxış: 451

Bu gün “Gündəm Media” MMC-yə daxil olan Yenigundem.az xəbər saytının yaranma günüdür.

“Gündəm Media”a aid olan Yenigundem.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Şirkətin rəhbəri tanınmış jurnalist Təbriz Məhərrəmoğlu, saytın baş redaktoru isə Ramil Hüseynlidir. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Yenigundəm.az xəbər saytının 6 illik fəaliyyəti münasibəti ilə Azərbaycan Yəhudi Media Mərkəzi təbrik edir. Gələcəkdə uğurlar və fəaliyyətində yüksəkliklər arzulayır.