17 May 2024
Azərbaycan vətəndaşları bu ölkəyə artıq VİZASIZ GEDƏCƏK - RƏSMİ

Azərbaycan vətəndaşları bu ölkəyə artıq VİZASIZ GEDƏCƏK - RƏSMİ

01 Fevral 2022
Baxış: 561

Azərbaycanla Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

AJMEDİA.İNFO-nun məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.