18 May 2024
Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı

Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı

12 Oktyabr 2021
Baxış: 488

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, görüş mövcud epidemioloji vəziyyətə görə qapalı şəkildə keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

Xatırladaq ki, sabah, oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.