06 May 2024
Azərbaycan Türkiyə və İsraildən yeni silahlar alacaq - Nazir AÇIQLADI

Azərbaycan Türkiyə və İsraildən yeni silahlar alacaq - Nazir AÇIQLADI

06 Sentyabr 2022
Baxış: 417

Azərbaycan Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi çərçivəsində Türkiyə və İsraillə yeni silahların alınmasına dair müqavilələr imzalayacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “APA-Economics”ə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, Azərbaycan həm Türkiyə, həm də İsrail şirkətləri ilə əməkdaşlığı davam etdirir:

“Türkiyə ilə birgə elə silahlar üzərində işləyirik ki, 10-15 il sonra üçün nəzərdə tutulub. Yəni biz gələcəyə baxırıq. Hətta 20 il qabağa baxırıq. Bu dövlət başçısının tapşırığıdır”.