06 May 2024
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərarası əlaqələri gücləndirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərarası əlaqələri gücləndirəcək

18 Oktyabr 2021
Baxış: 492

Ankarada Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin IX üçtərəfli görüşü keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Toplantıda əsas müzakirə mövzuları regional əməkdaşlığım əsas istiqamətləri, Qara dəniz bölgəsində mövcud problemlər və onların həlli yolları, parlamentlərarası əlaqələrin gücləndirilməsi və üçtərəfli əməkdaşlığı möhkəmləndirəcək yeni təşəbübslər olub.

İclas çərçivəsində Gürcüstan parlamentinin üzvləri Türkiyə Böyük Millət Məclisində Dostluq Qrupunun üzvləri ilə görüş keçiriblər. Tərəflər Gürcüstanın işğal altında olan ərazilərində vəziyyət, iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanları və Türkiyənin Gürcüstanı NATO-ya inteqrasiya yolunda dəstəkləməsi məsələləri nəzərdən keçirilib.