19 May 2024
Azərbaycan sülhməramlıların rəhbərliyinə ETİRAZ ETDİ

Azərbaycan sülhməramlıların rəhbərliyinə ETİRAZ ETDİ

06 Fevral 2022
Baxış: 436

“Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni seperatçısı da olub”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib.

Onun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, artıq bu barədə Azərbaycan tərəfi Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib:

“Rusiya sülhməramlılarının rəhbərliyi də bir də belə hala yol verilməyəcəyinə söz veriblər! Ümid edirəm ki, belə hal bir daha təkrarlanmayacaq! Qarabağ Azərbaycandır!” (Metbuat.az)