18 May 2024
Azərbaycan Rusiyaya tibbi oksigen göndərildi - FOTO

Azərbaycan Rusiyaya tibbi oksigen göndərildi - FOTO

20 Dekabr 2021
Baxış: 451

Azərbaycan yardım olaraq Rusiyanın Stavropol diyarına ilk partiya tibbi oksigen göndərib.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov öz “Instagram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, oksigen artıq boşaldılıb və tibb müəssisələri arasında bölüşdürülür.

V. Vladimirov vurğulayıb ki, Yeni il bayramları üçün oksigen ehtiyatı yığmaq lazımdır, ona görə də aidiyyatı qurumlar bu məsələni xüsusi nəzarətdə saxlayır.