21 May 2024
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası növbədənkənar Prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası növbədənkənar Prezident seçkilərini müşahidə edəcək

10 Yanvar 2024
Baxış: 425

Azərbaycan vətəndaşı 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə tam fərqli hisslərlə gedəcəkdir. 30 il öncə onlar seçkilərin, demək olar ki, 20 faizində keçirilməyən ölkənin vətəndaşı idi. İkinci Qarabağ müharibəsindən sonra artıq yeni reallıqlar zamanıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Vətəndaşlarımız Zəfər seçkiləri kimi tarixi düşəcək 7 fevral seçkilərində iştirak etməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşacaqlar.

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ)tərəfindən də fəal vətəndaşlıq və seçki hüququ ilə bağlı maarifləndirici tədbirlər, üzv təşkilatlarla ictimai müzakirələr keçirilir və seçki prosesinə müşahidəçi qismində cəlb olunacaq üzv təşkilatların gənclərindən ibarət siyahı hazırlanır.

Müşahidəçi qismində iştirak edəcək Gənclər Təşkilatlarının üzvlərinin qeydiyyatdan keçməsi üçün siyahı Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəkdir. Müşahidəçilər seçki prosesinin şəffaflığına nəzarət edəcəklər.

ARGMTŞ növbədənkənar Prezident seçkilərində bütün gəncləri səsvermədə fəal iştirak etməyə və vətəndaş mövqeyini ortaya qoymağa dəvət edir.

.

ajmedia.info