05 May 2024
“Azərbaycan Qorayk kəndində xeyli irəlilədi, Zəngəzura tam nəzarət edir” - Akopyan

“Azərbaycan Qorayk kəndində xeyli irəlilədi, Zəngəzura tam nəzarət edir” - Akopyan

25 May 2021
Baxış: 959

“Azərbaycan hərbçiləri Qorayk kəndi ərazisində xeyli irəliləyiblər”.

AJMEDİA.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Zəngəzurun sabiq qubernatoru Vaqe Akopyan bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusu Zəngəzurda varlıqlarını genişləndirirlər. varlıqlarını genişləndirdilər. “Düşmən (red. Azərbaycan) bir neçə gün əvvəl qüvvələrini artırdı və Qorayk kəndi istiqamətində də xeyli irəlilədi”-deyə Akopyan əlavə edib.

Azərbaycan ordusunun qüdrətini özü də bilmədən sabiq qubernator belə təsvir edir: “Vəziyyət sabit, ancaq gərgin olaraq qalır. Əgər belə davam etsə Zəngəzurda tam olaraq düşmən ordusunun yerləşəcəyi fikri ilə barışmalı olacağıq. Çünki Ermənistan hakimiyyəti və Müdafiə Nazirliyi vəziyyətə nəzarəti tədricən itirir. Mən şəxsən Azərbaycan Silahlı Qüvvələrinin mindən çox əsgərinin Zəngəzurda yerləşdiyini təsdiqləyirəm”.(Konkret.az)