20 May 2024
Azərbaycan qalmaqallı blogeri Rusiyaya EKSTRADİSİYA ETDİ

Azərbaycan qalmaqallı blogeri Rusiyaya EKSTRADİSİYA ETDİ

15 Noyabr 2023
Baxış: 362

Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə qarşı hücumda ittiham olunan qalmaqallı bloger Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Daha əvvəl 18 yaşlı Tural Məmmədov Rusiyanın müraciəti ilə Azərbaycanda saxlanılıb.

İstintaqın məlumatına görə, gənc oğlan digər gənclərlə birlikdə yoldan keçənlərlə qəsdən münaqişə yaradıb və onları döyüb. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İstintaq çərçivəsində yaşı 14-18 arasında olan 10-dan çox şəxs saxlanılıb.