17 May 2024
Azərbaycan ordusunun zabiti faciəvi şəkildə ÖLDÜ

Azərbaycan ordusunun zabiti faciəvi şəkildə ÖLDÜ

15 Noyabr 2023
Baxış: 399

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, “N” saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Nemət İlham oğlu Xələfov yaşadığı mənzildə dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

Faktla bağlı araşdırma aparılır.