16 May 2024
Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

14 İyul 2022
Baxış: 319

Azərbaycanda hərbçi silahdan açılan atəşdən vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə iyulun 13-ü saat 23 radələrində baş verib.

Belə ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır. Gundem.az