18 May 2024
Azərbaycan Ordusunun daha bir əsgəri HƏLAK OLDU - Biri YARALIDIR - SON DƏQİQƏ!

Azərbaycan Ordusunun daha bir əsgəri HƏLAK OLDU - Biri YARALIDIR - SON DƏQİQƏ!

05 Avqust 2022
Baxış: 415

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.