20 May 2024
Azərbaycan Ordusu Qırmızı Bazarda atəş açmayıb - RƏSMİ

Azərbaycan Ordusu Qırmızı Bazarda atəş açmayıb - RƏSMİ

10 Yanvar 2022
Baxış: 381

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.