18 May 2024
Azərbaycan millisinin baş məşqçisi BƏLLİ OLDU

Azərbaycan millisinin baş məşqçisi BƏLLİ OLDU

04 Mart 2024
Baxış: 341

Azərbaycan milli komandasının bu ay keçiriləcək yoldaşlıq oyunlarına kimin rəhbərliyi altında çıxacağı məlum olub.

AJMEDİA.İNFO AFFA-nın saytına istinadən xəbər verir ki, komandaya bu oyunlarda Arif Əsədov rəhbərlik edəcək.

Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.

Qeyd edək ki, Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.