06 May 2024
"Azərbaycan İsrail və Türkiyədən dəstək alaraq Təbrizi və İrəvanı alacaq" - İran mediasından ŞOK İFTİRA + FOTO

"Azərbaycan İsrail və Türkiyədən dəstək alaraq Təbrizi və İrəvanı alacaq" - İran mediasından ŞOK İFTİRA + FOTO

22 Aprel 2022
Baxış: 2061

“Son həftələrdə Azərbaycanda və İran sərhədi yaxınlığında sələfi-təkfirçi qüvvələr görünməkdədir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu iddia ilə üzərində İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) loqosu olan “Azərbaycan Araşdırmaları Mərkəzi” adlı “Telegram” kanalı çıxış edib.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, paylaşılan postda həmçinin iddia edilir:

“İsraildən Bakıya çox sayda yük reyslərinin həyata keçirilməsi ilə bağlı məlumatlar daxil olub. Qarabağda pantürkçülər toplantı keçirir, İsrail və Türkiyənin vədlərindən ruhlanaraq, növbəti konfransı Təbrizdə və ya İrəvanda keçirəcəklərini söyləməyə cürət ediblər!”, - deyə qeyd edilir.