17 May 2024
Azərbaycan əsilli milyarder vətəndaşlıq üçün niyə Portuqaliyaya müraciət edib?  - DETALLAR

Azərbaycan əsilli milyarder vətəndaşlıq üçün niyə Portuqaliyaya müraciət edib? - DETALLAR

24 İyul 2022
Baxış: 555

Azərbaycan əsilli rusiyalı iş adamı, milyarder Qod Nisanov vətəndaşlıq üçün Portuqaliya hakimiyyət orqanlarına müraciət edib. Hazırda onun vətəndaşlıqla bağlı müraciətinin araşdırıldığı deyilir. Bu xəbəri Reuters agentliyi Portuqaliyanın Ədliyyə Nazirliyinə istinadən təsdiq edib.

AJMEDIA.İNFO xəbər verir ki, agentlik digər təfərrüatları açıqlamayıb.

Nisanovun nümayəndələri Reuters-in sorğularına cavab verməyiblər.

İş adamı Sefard yəhudilərinin nəsillərinə belə bir hüquq verən qayıdış qanunu əsasında Portuqaliya vətəndaşlığını almağı gözləyir. 2021-ci ildə bu proqram çərçivəsində başqa bir rusiyalı milyarder Roman Abramoviç Portuqaliya vətəndaşı olub.

ABŞ bu il iyunun 2-də Qod Nisanova qarşı sanksiyalar tətbiq edib, bundan sonra o, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsini itirib, “Olimpiyski” idman kompleksinin direktorlar şurasının sədri vəzifəsindən istefa verib, həmçinin bütün layihələrin rəhbərliyindən çıxıb.

Forbes-in məlumatına görə, Nisanov 2022-ci ildə Rusiyada milyarderlər reytinqində 72-ci yerdə qərarlaşıb. Onun sərvəti 1,3 milyard dollar qiymətləndirilib.

Bizim.Media

Teqlər: Qod Nisanov