19 May 2024
"Azərbaycan əsgərləri bizə göz açmağa imkan vermirlər" - Melikset Poqosyan

"Azərbaycan əsgərləri bizə göz açmağa imkan vermirlər" - Melikset Poqosyan

13 Sentyabr 2021
Baxış: 555

Ermənistanın Sunik vilayətinin (Zəngəzur) qubernatoru Melikset Poqosyan News.am nəşrinə bildirib ki, azərbaycanlılar Gorus-Qafan yolunda polis məntəqələri qurub.

AJMEDİA.İNFO xəbər verir ki, onun sözlərinə görə, Rusiya və Azərbaycan sərhədçiləri bu sahəyə nəzarət edir.

Poqosyan bildirir ki, dayaq məntəqəsi əvvəldən orada olub. Qubernator bildirib ki, bu təhlükəli deyil, çünki ərazi Rusiya sərhədçilərinin nəzarəti altındadır.

O qeyd edib ki, son bir ay ərzində Azərbaycan hərbçiləri və güc strukturları bölgədə göz açmağa imkan vermir.Yüklərin daşınmasında, xüsusi ilə İrandan gələn yüklərin daşınmasında gecikmələr və problemlər üzə çıxıb.Qubernatorun fikrincə bu çox davam etsə, belə addımlar Ermənistan iqtisadiyyatına və bölgədəki əhalinin sosial həyatına pis təsir göstərəcək.