17 May 2024
Azərbaycan Baş nazirinin keçmiş müavini: “Erotika həssas mövzudur”

Azərbaycan Baş nazirinin keçmiş müavini: “Erotika həssas mövzudur”

22 Oktyabr 2021
Baxış: 821

“Erotika erotika naminə qələmə alınarsa, bayağı və vulqarcasına yazılarsa, bunun ədəbiyyata dəxli yoxdur”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyev Bakupost.az -a müsahibəsində deyib:

“Erotika, yazdığın əsərin bədii məntiqindən doğmalıdır. O yerdə ki, əsərin bədii məntiqi bunu tələb edir, əlbəttə, yazmalısan. Erotikanı əsərə yamamaq olmaz. Emil Zolyada naturalist təsvirlər çoxdur, ancaq onlar dediyim həmin bədii məntiqdən doğur. Elə rus ədəbiyyatını götürək, Mixail Şoloxovun təsvir etdiyi erotika bədiyyətin yaratdığı erotikadır, Eduard Limonovun, ya da Nataliya Medvedyevanın təsvir etdiyi erotika isə, mənim fikrimcə, anti-bədii erotikadır. Erotika həssas mövzudur, onu gərək yağlı boya ilə deyil, akvarellə işləyəsən”.