17 May 2024
AZAL Tel-Əvivə və əks istiqamətdə bütün reysləri ləğv etdi

AZAL Tel-Əvivə və əks istiqamətdə bütün reysləri ləğv etdi

07 Oktyabr 2023
Baxış: 490

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 8-nə planlaşdırılan Tel-Əvivin Ben Hurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edir.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-i məlumat yayıb.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı məlumat əlavə olaraq təqdim ediləcək.

Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.//Axar.az