18 May 2024
AZAL-ın təyyarəsi bu şəhərə TƏCİLİ ENİŞ ETDİ - SƏBƏB

AZAL-ın təyyarəsi bu şəhərə TƏCİLİ ENİŞ ETDİ - SƏBƏB

28 Fevral 2024
Baxış: 321

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

AJMEDİA.İNFO AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.