20 May 2024
Aygün Bəylərin qızı üçün pul toplamaq istəyən  Aynişana SƏRT SÖZLƏR: "60 il..."  - VİDEO

Aygün Bəylərin qızı üçün pul toplamaq istəyən Aynişana SƏRT SÖZLƏR: "60 il..." - VİDEO

09 Yanvar 2024
Baxış: 500

Tanınmış bloger, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın son paylaşımı müzakirə obyekti olub.

AJMEDİA.İNFO bildirir ki, o, mərhum Əməkdar artist Aygün Bəylərin qızı ilə bağlı təklif irəli sürüb.

Canan üçün bankda hesab açılması fikrini izləyiciləri ilə bölüşən Aynişan istədiyinə nail ola bilməyib. Onun “Hesab açıb, Canan üçün pul yığaq, 18 yaşından sonra istifadə etsin” sözlərinə Aygün Bəylərin bacısı irad bildirib.

Bu barədə elə bloger özü məlumat verib: “Düşündüm ki, hesab açıb pul yığarıq, Canan 18 yaşında ondan istifadə edər. Lakin banklar belə bir qaydanın olmadığını bildirdi. Onun ailəsi buna icazə verməlidir və pulu idarə etməlidir. Bu da məni narahat etdi, çünki istəmirdim 18 yaşına kimi bu pula kimsə toxunsun. Düşünürdüm ki, Canan pulu təhsilinə xərcləyər, xəyallarını həyata keçirər”.

Aynişan həmçinin, Cananın xalasının onlarla əlaqə yaratdığını bildirib: “Onun xalası anama zəng etdi ki, bundan sonra Cananın 60 il yaşaması üçün də büdcəsi var. Təki elə olsun”.