17 May 2024
Aygün Bəylərin həbsdə olan qardaşı dəfnə buraxılacaq? - RƏSMİ AÇIQLAMA

Aygün Bəylərin həbsdə olan qardaşı dəfnə buraxılacaq? - RƏSMİ AÇIQLAMA

08 Yanvar 2024
Baxış: 387

Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilib. Mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilib. Sənət dostları A.Bəylərlə vidalaşmaq üçün buraya toplaşıblar.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, mərhumun həbsdə olan qardaşı Abbas Hümmətova bacısının dəfn mərasimində iştirak üçün icazə verilməyib.

Penitensiar Xidmətdən sorğuya cavab olaraq bildirilib ki, A.Hümmətovun törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq, adıçəkilən məhkumun bacısının dəfnində iştirakı imkan xaricindədir. Onun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara buraxılması üçün əsaslar müəyyən edilməyib.

Qeyd edək ki, Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazov 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb.

Məhkəmənin hökmü ilə Abbas Hümmətov 14 il müddətinə həbs edilib.