19 May 2024
Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTOLAR

Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTOLAR

25 Oktyabr 2023
Baxış: 416

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO axşam.az-a istinadən bildirir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, "Tez sağalın, əvəzsiz sənətkar" qısa şərhini yazıb.

A.Bəylərin prodüseri Axşam.az-a açıqlamasında muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O, əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib.

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.